Teoremləri isbat edən elm üzrə keçirilən viktorina

11 Noyabr 2016

Leonardo da Vinçi yazırdı: “İnsan kəşflərinin heç bir elmi həqiqəti ola bilməz, əgər o riyazi sübutlarla təsdiqlənmirsə”. Məhz belə bir sübut meydanı 11 noyabr 2016- cı il tarixində Akademik Zərifə Əliyeva adına liseydə Riyaziyyat fənni üzrə keçirilən viktorinada yarandı. Viktorina liseyin riyaziyyat müəllimləri Mikayılov Müşfiq və Zülfüqarov Əlikram müəllim tərəfindən təşkil olunmuşdu. Şagirdlər sanki mücərrəd riyaziyyatda həqiqət axtarmaq uğrunda yarışa çıxmışdılar. Həm maraqlı, həm də gərgin şəraitdə keçən viktorinada bütün mərhələləri uğurla başa vuran 9r1 sinfi I yerə, 9a2 sinfi II yerə, 9a1+ sinfi III yerə layiq görüldü. Son olaraq müəllimlər şagirdlərə söylədilər ki, Raul Botta görə riyaziyyatda böyük olmanın iki yolu var. Birincisi hər kəsdən ağıllı olmaq, ikincisi isə hər kəsdən təmkinli olmaqdır. Qısası, səbir və bilik bütün bağlı qapıların açarıdır. İbrətamiz fikirlərlə bitən tədbir şagirdlərin yaddaşında əbədi və silinməz izlər buraxdı.