Liseyin ADA - da təhsil alan məzunlarının təşəbbüsü ilə şagirdlərlə ətraf mühitin qorunması il bağlı maarifləndirici iş aparılıb. Hazırlanmış materialın təqdimatından sonra şagirdlərin bu problemlə bağlı fikirləri dinlənilib. Plastik qabların ətraf mühiti çirkləndirməsinin qarşısını hansı yolla alınması barədə təkliflər söylənilib. Sonda bu problemin həlli yollarından biri olaraq qeyri-plastik qablaşdırma vasitələrindən istifadə olunması tövsiyə olunub .