Azərbaycan Respublikası Talassemiya Mərkəzinin həkimi Nərmin Verdiyeva liseyin şagirdləri üçün “ Talassemiya nədir?” mövzusunda maarifləndirici seminar keçirmişdir. N.Verdiyeva Talassemiya xəstəliyi, onun fəsadları və qarşısının alınma yolları haqqında seminar iştirakçılarına ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran suallları cavablandırmışdır.