05 dekabr 2011 –ci il tarixində Azərbayan poeziyasının inkişafında öz dəsti-xətti olan sənətkarımız , xalq şairi Söhrab Tahirlə , Akademik Zərifə Əliyeva adına məktəbin şagird və müəllim kollektivinin görüşü keçirildi.
Görüşdə şərəfli yaradıcılıq yolu keçən Söhrab Tahirin zəngin ədəbi- bədii irsindən danışıldı. Azərbaycan xalqına, Vətəninə, dilinə böyük məhəbbətlə yanaşan, bu dilin incəliklərinə dərindən bələd olan, yaratdığı əsərlərdə bu saflığı qorumağa çalışan vətənpərvər ziyalı , Söhrab Tahirin keçdiyi şərəfli ömür yoluna bir daha nəzər salındı.
Şagirdlərin ifasında qəlbi Vətən eşqi, Vətən həsrəti ilə döyünən şairin şeirlərindən nümunələr səsləndi.
Söhrab Tahir tədbir iştirakşılarının suallarına cavab verdi, yaradıcılığı, gələcək planları barədə danışdı.