“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na əsasən liseydə su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirici onlayn dərs keçirilmişdir. Dərsdə suyun insan həyatındakı rolu haqqında, susuzluğun cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirici söhbətlər edilmişdir. Şagirdlərə evdə və məktəbdə su ehtiyyatlarından səmərəli istifadə etmələri, artıq su israfına yol verməmələri tövsiyyə edilmişir.