Bu il Z.Əliyeva adına lisey özünün dördüncü məzunlarını yola saldı. Hər il olduğu kimi bu il də “Son zəng” tədbiri möhtəşəm şəkildə keçirildi. Məzunların hazırladıqları bir-birindən fərqli, rəngarəng çıxıları, musiqi nömrələri, rəqsləri, səhnəciklər tədbir iştirakçılarının böyük marağına səbəb oldu, onlarda yüksək əhval-ruhiyyə yaratdı.
Çıxış edən müəllimlər şagirdlərə yeni yolun başlanğıcında – müstəqil və xoş qayğılarla dolu növbəti mərhələdə uğurlar dilədi, onlara öz tövsiyələrini verdilər.
Tədbir liseyin direktoru M.Vəliyevanın şagirdlərə xoş arzuları ilə yekunlaşdı.