Respublikamızın cənub-qərbində, dağlıq ərazidə yerləşən, dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri ilə zəngin olan Laçın rayonu.
Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə ediləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, bunu bacarmamışdı.Bunun əvəzində onlar 1970–1980-ci llərdə Güləbird, Cicimli,Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.
Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş və bu adı da ona özü vermişdir. Ərazisi 1883 kv.km.18.05.1019-cu ildə erməni quldurları tərəfindən işğal olmuşdur. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.
10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın altıncı bəndinə əsasən, 1 dekabr 2020-ci il tarixinədək Laçın rayonu Azərbaycan Respublikasına qaytarılır. Bununla da Azərbaycanın işğal altında olan daha bir rayonu qəsbkarlardan azad edildi və orada bayrağımız ucaldıldı.