Liseyn tarix müəllimi Pərviz Ağlarovun təşkilatçılığı və 9a3 sinf şagirdlərinin iştirakı ilə 08. 05.2021 –ci il tarixində Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Siyasət dərsi” adlı onlayn konfrans keçirilmişdir. Konfransda Ulu öndərin zəngin siyasi irsini, şərəfli həyat və fəaliyyətini özündə əks etdirən təqdimat nümayiş etdirilmiş, şagirdlərin çıxışları dinlənilmişdir.
Yekun sözü ilə çıxış edən P. Ağalarov qeyd etmişdir ki, Ulu öndər misilsiz və alternativsiz dövlətçilik məktəbi yaratmış, mükəmməl siyasi irs qoymuşdur. Bu gün Prezident İlham Əliyev bu məktəbi, irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirir, daha da gücləndirir. Azərbaycan xalqının 44 günlük müharibədə qazandığı qələbə bunun bariz nümunəsidir.