Liseyin ingilis dili müəllimi Şamilova Xanım ABŞ-ın Oriqona Universiteti tərəfindən müəllimlər üçün təşkil edilmiş 10 həftəlik"online" kursunda iştirak etmişdir. Kursda demək olar ki, dünyanın bir çox ölkələrindən müəllimlər var idi. Kursda iştirak etmək hüququ əvvəlcədən göndərilmiş özünütəqdimat məktubu ilə verilir.
Bu kurs əsasən müasir müəllimlərin ən problemli məsələsi olan formativ və summativ qiymətləndirmənin necə səmərəli təşkil edilməsini təmin etməyə yönləndirilmişdir. Belə ki, kurs ərzində hər bir müəllim ona göndərilmiş həftəlik tapşırıqları yerinə yetirməli və müəyyən faiz toplamalı idi. Tapşırıqlar əsasən test, oxu materialı və müzakirə tipli idi. V həftənin tamamında müəllim "midterm" imtahanı verməli və keçid faizini (75%) yığmalı idi. X həftənin sonunda isə müəllim imtahan verir və nəticədə müəllimin yığdığı faiz 75-i ötməli idi. Xanım Şamilova həmin kursu müvəffəqiyyətlə bitirərək sertifikatla təltif olunmuşdur.