Təhsildə inkişaf və innovasiyalar üzrə 2018- ci il ikinci qrant müsabiqəsində qalib məktəblər arasında akademik Zərifə Əliyeva adına liseyin “Şəhər və region məktəblərinin əməkdaşlığı və inteqrasiyası” layihəsi də yer almışdı. Layihə 20.06.2018 ci il tarixindən başlamış, 20.12.2018 – ci il tarixində başa çatmışdır. “Şəhər və region məktəblərinin əməkdaşlığı və inteqrasiyası” layihəsinin məqsədi təhsil keyfiyyətinə görə aşağı göstəriciləri olan region məktəbi ilə əməkdaşlıq qurmaq, sahib olduğumuz yüksək təhsil ənənələrini onlara ötürmək idi.
- Akademik Zərifə Əliyeva adına liseyin iş təcrübəsini əməkdaşlıq çərçivəsində seçilən bir məktəbdə tətbiq etmək;
- Akademik Zərifə Əliyeva adına lisey və bir bölgə məktəbinin müəllimlərinin təcrübə mübadiləsini təşkil etmək;
- Akademik Zərifə Əliyeva adına lisey və bölgə məktəbi arasında qısamüddətli müəllim mübadiləsini həyata keçirmək;
- Bölgə məktəbində metodik işin təşkilini təkmilləşdirməkdə həmin məktəbin pedaqoji kollektivinə yardım etmək;
- Monitorinq və qiymətləndirmə üzrə Akademik Zərifə Əliyeva adına liseyin yanaşma və təcrübələrini region məktəbində tətbiq etmək;
- Akademik Zərifə Əliyeva adına liseyin qabaqcıl iş təcrübəsinə malik müəllimlərinin ustad dərslərini təşkil etmək;
- Region məktəbinin şagirdlərinin təlim nəticələrini, bilik və bacarıqlarını inkişaf etdirməkdə həmin məktəbin pedaqoji kollektivinə kömək etmək;
- Akademik Zərifə Əliyeva adına lisey və bölgə məktəbi arasında şagird mübadiləsini həyata keçirmək;
- Akademik Zərifə Əliyeva adına lisey və bölgə məktəbinin təhsildə fərqlənən şagirdləri üçün birgə payız məktəbi təşkil etmək;
- Akademik Zərifə Əliyeva adına liseyin və bölgə məktəbinin pedaqoji kollektivlərində birgə əməkdaşlığa marağı gücləndirmək;
- Müəllimlərdə təşəbbüskarlıq,yenilikləri qiymətləndirmə, nəzəri və praktiki biliklərə yiyələnmə,müasir təfəkkür, uğur və nailiyyətlərini paylaşma,sağlam rəqabət aparma kimi keyfiyyətləri formalaşdırmaq;
- Bölgə məktəbinin şagirdlərinə şəhər mədəniyyətini aşılamaq;
- Yeni metodik vəsaitlərin və tədris resurslarının bölgə məktəbinə çatdırılmasını təşkil etmək;
Layihə çərçivəsində Quba rayonu II Nügədı kəndi 2 saylı tam orta məktəbə 2 dəfə səfər edilmişdir. 10.09.2018 – ci il tarixində həmin məktəbin direktoru Əfqan Babaşov, müəllim kollektivi və işçi heyəti ilə yaxından tanış olunmuş, söhbətlər aparılmış, layihənin məqsədi və proqramı haqqında məlumat verilmişdir.Söhbət zamanı bütün fənn müəllimlərinin təlim və tədris zamanı qarşılaşdığı problemləri dinlənmiş və qeydlər götürülərək bu problemlərin həllində onlara göstəriləcək kömək layihənin planına daxil edilmişdir. 21.09.2018 – ci il tarixində ikinci səfər zamanı layihə çərçivəsində nəzərdə tutulan hədiyyələrin müəyyən hissəsini(printer aparatı, dərs vəsaitləri, dəftərxana ləvazimatları, test kitabları, əlavə dərs vəsaitləri) məktəbə təhvil verilmişdir.
30.09.2018-ci il tarixində liseyin fənn metodbirləşmələri tərəfindən hazırladığı diaqnostik qiymətləndirmə üçün test tapşırıqları göndərilmişdir. Tapşırıqlar 9-cu siniflər üçün Azərbaycan dili, Riyaziyyat və İngilis dili, 11-ci siniflər üçün Azərbaycan dili və Riyaziyyat fənnləri üzrə tərtib olunmuşdur. Test yoxlaması keçirilib qiymətləndirilmə aparıldıqdan sonra layihənin təlimçiləri nəticələrə əsasən oktyabr ayında keçiriləcək təlimlərin planının və proqramının hazırlıqlarına başlamışdır.
12-14 oktyabr 2018 – ci il tarixində plan üzrə Quba rayonu ll Nügədi kəndi 2 saylı tam orta məktəbinə layihə iştirakçılarının III səfəri baş tutmuşdur.Heyətin tərkibinə aşağıda adları sadalanan layihə üzvləri daxil idi: liseyimizin direktoru Mehriban Vəliyeva, layihənin rəhbəri və ingilis dili müəllimi Aynur Hüseynova, layihə rəhbərinin köməkçisi və ingilis dili müəllimi Xanım Şamilova, riyaziyyat müəllimi Ələddin Məmmədli, təlim-tərbiyə işləri üzrə direktor müavini Anar Fərmanov və Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Xəlilova, ingilis dili müəllimi İradə Səmədova. Səfər müddətində təlimçilər 9, 10 və 11-ci sinif şagirdlərinə və həmçinin fənn müəllimlərinə yeni təlim və qiymətləndirmə üsulları ilə bağlı dərslər və məşğələlər keçirilmişdir.
Layihədə nəzərdə tutulan proqrama əsasən 13-15.11.2018 – ci il tarixində Quba rayonu II Nügədı kəndi 2 saylı tam orta məktəbin 11 nəfər 9,10,11 – ci sinif şagirdləri və 5 nəfər müəllimi liseyimizin qonağı oldular. Səfər müddətində iştirakçılar dərslərdə və dərsdənkənar fəaliyyətlərdə yaxından iştirak etdilər.
Təklif olunan layihədə qarşıya qoyulan məqsədə nail olmaq üçün yerinə yetirilməsi nəzərdə tutulmuş vəzifələr aşağıdakı kimi reallaşdı:
- Akademik Zərifə Əliyeva adına liseyin iş təcrübəsi Quba rayonu II Nügədı kəndi 2 saylı tam orta məktəbdə tətbiq edildi;
- Akademik Zərifə Əliyeva adına lisey və Quba rayonu II Nügədı kəndi 2 saylı tam orta məktəbin müəllimlərinin təcrübə mübadiləsini təşkil edildi;
- Akademik Zərifə Əliyeva adına lisey və Quba rayonu II Nügədı kəndi 2 saylı tam orta məktəbi arasında qısamüddətli müəllim mübadiləsi həyata keçirildi;
- Quba rayonu II Nügədı kəndi 2 saylı tam orta məktəbdə metodik işin təşkilini təkmilləşdirməkdə həmin məktəbin pedaqoji kollektivinə yardım edildi;
- Monitorinq və qiymətləndirmə üzrə Akademik Zərifə Əliyeva adına liseyin yanaşma və təcrübələrini region məktəbində tətbiq edildi;
- Akademik Zərifə Əliyeva adına liseyin qabaqcıl iş təcrübəsinə malik müəllimlərinin ustad dərsləri təşkil edildi;
- Region məktəbinin şagirdlərinin təlim nəticələrini, bilik və bacarıqlarını inkişaf etdirməkdə həmin məktəbin pedaqoji kollektivinə kömək edildi;
- Akademik Zərifə Əliyeva adına lisey və bölgə məktəbinin təhsildə fərqlənən şagirdləri üçün birgə payız məktəbi təşkil edildi;
- Akademik Zərifə Əliyeva adına liseyin və bölgə məktəbinin pedaqoji kollektivlərində birgə əməkdaşlığa marağı gücləndirildi;
- Müəllimlərdə təşəbbüskarlıq,yenilikləri qiymətləndirmə, nəzəri və praktiki biliklərə yiyələnmə,müasir təfəkkür, uğur və nailiyyətlərini paylaşma,sağlam rəqabət aparma kimi keyfiyyətlər formalaşdırıldı;
- Bölgə məktəbinin şagirdlərinə şəhər mədəniyyəti Akademik Milli Dram Teatrında tamaşaya baxış və muzeyə, İçərişəhərə ekskursiya təşkili vasitəsilə aşılandı;
- Yeni metodik vəsaitlərin və tədris resurslarının bölgə məktəbinə çatdırılması təşkil edildi.