Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən, cənubdan Araz çayı boyu İranla həmsərhəd olan Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, vaqonlarda və yataq-
xanalarda məskunlaşıblar.
Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 4 oktyabr 2020-ci ildə rayonun mərkəzi və bir neçə kəndi işğaldan azad edilmişdir.