Şagirdlərin dispanserizasiyası

23 Oktyabr 2019

Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2019-2022-ci illər üçün  Dövlət Programı planı üzrə Akademik Zərifə Əliyeva adına liseydə 16 və 23 oktyabr 2019-cu il tarixlərində aidiyyati tədbir həyata keçirilmişdir. Tibbi müayinələri təhsil müəssəsində fəaliyyət göstərən tibb məntəqəsinin həkim və tibb bacısı, Yasamal rayon 5 saylı uşaq poliklinikasının həkim mütəxəsisləri ( okulist, lor, cərrah, nevropotolog, dermotoloq, stomotolog, terapevt ) tərəfindən aparılmışdır. Hərtərəfli müayinə zamanı aşkar edilən xəstəliklər qeydə alınaraq müvafiq uşaq poliklinikalarına əlavə müayinə və müalicəyə göndərilir. Yoxlamada liseydə oxuyan 612 yeniyetmə şagird iştrak edib.