2017-ci il noyabrın 23-də Bakı Biznes Universitetində Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu rayonun məktəbliləri arasında “Ölkəmizi tanıyaq” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqədə Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində noyabrın 11-dən 14-dək Lənkəran, Masallı və Astara rayonlarında olan şagirdlər iştirak edirdi. Onlar həmin rayonların tarixi abidələri, muzeyləri, təbiəti, sosial-iqtisadi inkişafı və s. barədə ətraflı məlumat almışlar. Müsabiqədə şagirdlər inşa yazılarında “Ölkəmizi tanıyaq” tur-aksiyası barədə təəssüratlarını əks etdirmişlər.
“Ölkəmizi tanıyaq” layihəsində liseyimizin iki şagirdi :Cəfərova Nuriyə (10a3), Məmmədzadə Vaqif (10r4) iştirak etmişdir. İnşa müsabiqəsində iştirak edən Nuriyyə Cəfərova inşa müsabiqəsinin iştirakçısı sertifikatı ilə , Vaqif Məmmədzadə isə müsabiqənin qalibləri sırasında III yerə layiq görülərək dilomla təltif olunmuşdur.
Sizi təbrik edir və növbəti uğurlarınızı gözləyirik!