2019-cu ildə ölkəmizi İntel İSEF-də “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri arasından seçilmiş 7 şagird 5 layihə ilə təmsil edəcək.
12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-də Bakı Avropa Liseyinin XI sinif şagirdi Zamin Hüseynov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Vaqif Məmmədzadə, Bakı şəhəri 177 nömrəli tam orta məktəbin X sinif şagirdi Selcan Nurullayeva, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Zəhra Qasımzadə, eləcə də akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Ruslan Bayramov, Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin X sinif şagirdi Nigar Baxşəliyevanın iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, “Sabahın alimləri“ VIII Respublika müsabiqəsi 12-14 fevral 2019-cu il tarixlərində Bakı şəhərində keçirilib. Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müsabiqənin müxtəlif mükafatlarına layiq görülüblər. Müsabiqənin qalibləri sırasından seçilən ən ümidverici gənclərimiz ABŞ-da, hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin iştirak etdiyi İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilir.
Mənbə: edu.gov.az