Liseyimizin ingilis dili müəllimi Gülxas Aslanovanın təşəbbüsü ilə şagirdlərimiz Pakistanın "The Lords İnternational School System" şagirdləri ilə birgə əməkdaşlığa başlayıblar. Görüşlər videokonfrans şəklində aparılır. Və şagirdlər hər həftənin mövzusuna uyğun olaraq hazırlaşaraq təqdimat edirlər, qarşılıqlı müzakirələr edilir.