Sözün qanadları var quş kimi incə-incə
Dünyada söz olmasa, nəyə gərək düşüncə.
Əsrlərdir ki, Tarix qatarında əbədi səyahətə çıxan dahi Nizami Gəncəvi 875 il aktuallığını qoruyub-saxlayan və beytlərdə ehtiva etdiyi humanist düşüncələrlə əbədiyyətə hökm edən yazıçılarımızdandır. Nizami Gəncəvinin insanlıq konsepsiyasının təməl daşı sevgi, dostluq, ədalət və yaxşılıq kmi dəyərlərdən yoğrulmuşdu. O yazırdı:
Dünyada fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdəir, ədalət!
2016-cı il tarixində Nizami ədəbi irsinin öyrənilməsi məqsədi və dahi yazıçının 875 illiyi ilə əlaqədar müsabiqə elan edildi. Dekabrın 20-də isə Beynəlxalq Muğam Mərkəzində Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsi qaliblərinin təltif olunması mərasimi keçirildi.
Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və şagirdlər iştirak ediblər.
Mərasimdə çıxış edən Firudin Qurbanov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi yaradıcılığından söz açaraq Nizami yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan danışıb.
Müsabiqədə Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələrinin 11–17 yaşlı uşaq və gəncləri, o cümlədən Akademik Zərifə Əliyeva adına liseyin bir sıra şagirdləri iştirak ediblər.
Müsabiqədə 4 nominasiya üzrə 79 qalib yer müəyyən olunub. Liseyimizin şagirdləri “Ən yaxşı səhnəcik” nominasiyası üzrə I yerə, təsviri incəsənət nominasiyası üzrə isə 9r4 sinif şagirdləri Əlibəyli Əminə və Əlibəyli Şahin I yerə, 9a1 sinif şagirdi Rüstəmli Nərmin isə II yerə layiq görülərək diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.