6 oktyabr 2018-ci il tarixi saat 12.00-da Bakı İdman Sarayında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda II Robot Olimpiadası keçirilmişdir.
8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edən yarışlarda 20 təhsil müəssisəsindən 54 komanda iştirak edib. Yarışlar 4 kateqoriya üzrə keçirilib və yekunda qalib komandalar 16-18 noyabr 2018-ci il tarixlərdə Tayland Krallığında keçiriləcək Dünya Robot Olimpiadasında Respublikamızı təmsil edəcəklər.
Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilmiş bu Olimpiadada 12 ölkə iştirak etsə də artıq bu say 70-i keçmişdir.
Liseyimiz yarışda açıq kateqoriyada(open category) və standart kateqoriyada(regular category) təmsil olunmuşdur və açıq kateqoriyadakı təmsilçilərimiz 10r1 sinif şagirdləri Xuduzadə Naim və Bayramov Ruslan III yerə layiq görülmüşdürlər. Onları Təbrik edirik və gələcək yarışlarda daha böyük uğurlar arzu eidirik.