Şagirdlərimiz beynəlxalq robototexnika olimpiadasında uğurla iştirak etdilər

01 Noyabr 2019

24-27 Oktyabr tarixlərində təşkil olunmuş First Global olimpiadasında ölkəmizi təmsil edən komandada 1 şagirdimiz və 1 müəllimiz iştirak edirdi.Ümumi komandanın tərkibi isə 5 şagird və 2 müəllimdən ibarət idi.

Bu olimpiada dünyanın ən məşhur robototexnika olimpiadalarından biridir.First şirkəti tərəfindən təşkil olunmuş bu olimpiadada şagirdlərin mühəndislik və proqramçılıq bacarıqları nümayiş etdirilir.Bu il Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş olimpiadada 189 ölkə komandası iştirak edirdi.Komandamız yarışlarda çox yaxşı iştirak etdi.Keçirdiyi 9 oyundan 7-də qalib gələn komandamız 2 oyunda rəqiblərinə qalib gələ bilmədi.Komandamız ümumi reyting cədvəlində 189 ölkə içərisində 29-cu yeri tutdu.

https://first.global/