26 yanvar-1 fevral, 2020-ci il tarixində liseyimizin müəllimləri İradə Səmədova və Xanım Şamilova 8 şagirddən ibarət nümayəndə heyəti ilə Polşanın Gdynia şəhərində yuxarı sinif şagirdləri üçün keçirilən "The International Moot Court (IMC) " beynəlxalq yarışında iştirak etdilər. Qeyd edək ki, ölkəmizi bu müsabiqədə ilk dəfə 2018-ci ildə liseyimizin şagirdləri təmsil ediblər. "The International Moot Court (IMC) " Nyu-York şəhərinin The Justice Resource Center (JRC) mərkəzinin təskilatçılığı ilə keçirilir."The International Moot Court (IMC) " seçilmiş şagirdlərin məhkəmə prosesində ittiham və müdafiə barədə beynəlxalq təcrübə qazanması üçün imkan yaradan unikal bir müsabiqədir.
Yarış müddətində şagirdlərimiz uğurlu çıxışları ilə münsiflərin və təşkilatçıların rəğbətini qazandılar və sertifikatlarla təltif olundular.