Akademik Zərifə Əliyeva adına liseyin 2025-ci il məzunu Fərid Allahyarlı Prezident təqaüdünə layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025/2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2025/2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
Qeyd edək ki, Fərid Allahyarlı buraxılış imtahanında maksimal bal (300 bal) toplamaqla ümumilikdə 681.9 balla Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə qəbul olmuşdur.
Fərid, səni bir daha ürəkdən təbrik edirik.