01.03.2018-ci il tarixdə Yasamal rayonu Gənclər və İdman İdarəsi 5 Mart Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbir keçirmişdir. Tədbirdə idmanda əldə etdiyi nailiyyətlərə görə bir qrup məktəbli fəxri fərmanlarla təltif edilmişdir. Çox sevindirici haldır ki, liseyimizin 10A1+ sinif şagirdi Nəzrin Zamanova da təltif edilənlər sırasında yer almışdır. Xatırladaq ki, Nəzrin idmanın "Kamandan oxatma" növü üzrə yarışlarda indiyə qədər ümumilikdə 10 medal qazanmışdır. Şagirdimizi təbrik edir və uğurlarının davamını diləyirik.