Liseyin psixoloqu R.Kərimova sinif rəhbərləri ilə birgə risk qrupuna daxil olan şagirdlərin müəyyənəlşdirilməsi istiqamətində şagirdlər arasında monitorinq keçirmişdir. Monitqrinqdə motivasiya problemləri, məsuliyyət hissinin azalması, işgüzar məkanın və düzgün gün rejiminin təşkil olunması, həmçinin həyəcan, qorxu və gərginlik kimi emosional problemlərin şiddətlənməsi məsələsinə toxunulmuşdur. Monitorinqin nəticələrinin təhlili əsasında şagirdlərlə aparılacaq işlər müəyyənləşdirilmişdir.