10 mart 2017-ci il tarixində GÇH müəllimi Qılman Eyvazovun "Azimut istiqamətində hərəkət" mövzusunda açıq dərsi oldu. Dərs prosesində müzakirə, klaster, müxtəlif tipli sorğu vasitələrindən istifadə edildi. Nəticədə şagirdlər azimut anlayışını şərh etməyi və azimutla hərəkət qaydalarını tətbiq etməyi öyrəndilər. Dərs prosesi şagirdlərin aktivliyi və müəllimin dərsə yaradıcı yanaşması ilə yadda qaldı.