Liseyin 9-cu sinif şagirdləri arasında “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, uşaqların ev şəraitində asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.
Rəsm müsabiqəsinin qalibləri müəyyənləşdirilmiş, seçilmiş əsərlər Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 2020-ci ilin 18 noyabr - 29 dekabr tarixlərində keçiriləcək "Qarabağ Azərbaycandır!" adlı onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə göndərilmişdir.