20 dekabr 2017-ci il tarixdə 9a2 sinfi ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil olunmuşdur. Ekskursiyaya İKT üzrə direktor müavini Kərim Tahiroğlu və Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Bağırova rəhbərlik etmişlər. Əslində bu tarixə olan ekskuriya idi. Şagirdlərin sevinci, xoşbəxtliyi, tariximizə olan maraqları diqqəti cəlb edirdi. Beş min il əvvələ qayıdış... Məscid, kəhriz, məqbərə, sərdabə, qala, dulusçu evi, toyxana, Tacir evi, qədim qala, tapıntılar, yaşı qədər qədim olan püstə ağacı və s... Hacı Ramazan,Tərəkəmə, Çəmbərəkənd məhəllələri, Xaşa-xuna bağları haqqında məlumat əldə edən şagirdlər, eyni zamanda əl dəyirmanı,əsrarəngiz tariximizin səsini özündə yaşadan qaval daşları, eyni zamanda milli adət-ənənələrimizlə tanış oldular. Səyahət etdikləri, Azərbaycanın qədim tarixə malik ərazisini kəşfə çıxdıqları bir neçə saat ərsində şagirdlər həm istirahət etdilər, həm də öyrəndilər. Əslində müasir təhsil sisteminin də tələbi budur. Dörd divar fəlsəfəsindən kənara çıxaraq istər virtual, istər real səyahətlər edərək öyrənmək.
Səfərin məqsədi şagirdlərimizdə tariximizə, mədəniyyətimizə maraq oyatmaq idi. Şagirdlərimiz öyrəndilər və sonda dəyərləndirdilər. Bu biliklər rəngarəng təsvirlərlə onların yaddaşına əbədi həkk olundu.