Akademik göstəricilərinə görə Azərbaycan təhsil sistemində ön sıralarda yer tutan iki nüfuzlu təhsil ocağı 2015-2016-cı tədris ilində bir sıra layihələr, tədqiqatlar, elmi araşdırmalar və s. məsələlər üzərində birgə çalışmaq üçün növbəti əməkdaşlığa imza atdı.
Şagirdlərin Qafqaz universiteti ilə yaxından tanışlığı, professor-müəllim heyəti ilə görüşü, onları maraqlandıran suallar aldıqları cavablar, bu görüş zamanı yaranan yeni fikirlər artıq birgə əməkdaşlığın gələcəkdə əldə ediləcək uğurların carçısı olduğunu bir daha sübut edirdi.