Məlumdur ki , müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyəti və güclü kadr potensialı ilə ölçülür. Azərbaycan təhsili də gündən-günə inkişaf edərək dünya standartlarına cavab verməlidir. Bu səbəbdənTəhsil Nazirliyi tərəfindən həyata keçirilən "Qabaqcıl təhsil təcrübələri" başlıqlı layihədə növbəti dəfə Sinqapur təhsil modeli öyrənilib. Bu məqsədlə Akademik Zərifə Əliyeva adına liseyin direktoru M.Vəliyeva, "Istək" liseyinin icraçi direktoru A.Məmmədov və başqaları Sinqapura səfər edərək bu ölkənin təhsil sistemi ilə tanış olub. 18 dekabr 2015-ci il tarixində hər iki liseyin təşkilatçılıgı ilə "Qabaqcıl dünya təhsili təcrübələri: Sinqapur modeli"nin təqdimatı keçirilib. 50-dək orta məktəb direktorunun da iştirak etdiyi təqdimat mərasimində liseyin direktoru M.Vəliyeva, "Istək" liseyinin icraçı direktoru A.Məmmədov və başqaları çıxış edərək Sinqapur və bu ölkənin gündən-günə inkişaf edən təhsil sistemi ilə bağlı maraqlı faktları diqqətə çatdırıblar.
http://azertag.az/xeber/Istek_Liseyinde_Sinqapur_modelinin_teqdimati_olub-912513