Pedaqoji şuranın növbəti iclası keçirildi

10 Yanvar 2015

          Akademik Zərifə Əliyeva adına liseydə pedaqoji şuranın növbəti iclası keçirildi. İclası giriş sözü ilə məktəbin direktoru  M. Vəliyeva açıq elan etdi. İlk öncə müəllim heyəti pedaqoji şuranın gündəlikdə olan məsələləri ilə tanış oldu. Gündəlikdə duran məsələlər aşağıdakılardan ibarət idi:
       
          1. Dövlət strategiyasından doğan prioritet məsələlərin həlli
          2. BSQ və onunla bağlı problemlərin həlli
          3. Fənn olimpiadaları və növbəti mərhələlərdə iştirak edəcək namizədlər haqqında məlumat. 2015-ci ildə Azərbaycanda keçiriləcək " Kimya " olimpiadası  və liseydə  bu işlə bağlı hazırlıq prosesi 
          4.  Fənn aylıqları , açıq dərslər, onların keçirilmə tarixləri və müasir dərsə verilən tələblər
          5. Metodbirləşmələrin hesabatı 
          6. Cari məsələlərin müzakirəsi