22 fevral 2019-cu il tarixdə Akademik Zərifə Əliyeva adına liseyin rus dili və ədəbiyyatı müəllimi Hidayətzadə Dürrə xanım "Peçorinin məhkəməsi" (M.Y.Lermontovun "Zəmanəmizin qəhrəmanı" adlı əsəri əsasında) tədbir keçirmişdir.Tədbir liseyin rus bölməsində təhsil alan 9-cu sinif şagirdlərinin iştrakı ilə təşkil olunmuşdur. Tədbirdə şagirdlər "məhkəmə" quraraq, "hadisə şahidlərini" dindirmiş, hakim ittihamçı və vəkilin suallarını cavablandıraraq Peçorinin, həqiqətən də, öz dövrünün qəhramanı olub-olmadığını araşdırmağa çalışmışlar. Peçorinin daxili aləmini və hərəkətlərini təhlil edən məhkəmə kollegiyası və şahidlər daha sonra bir suala cavab tapmağa çalışmışla: "Peçorin, həqiqətənmi, günahkardır, yoxsa o, yaşadığı mühitin təsirinə məruz qalaraq qurbana çevrilmişdir?
Tədbirin sonunda lideyin direktoru Vəliyeva Mehriban xanım çıxış edərək öz ürək sözlərini demiş,təbrik iştrakçılarını təbrik etmişdir