26.10.2015-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə Bakı şəhərində yerləşən 100 nüfuzlu məktəbi təmsil edən direktorların görüşü baş tutdu. Görüşdə əsas məqsəd Akademik Zərifə Əliyeva adına liseyin bir sıra layihələrdə əldə etdiyi uğurlardan qazandığı təcrübələri digər məktəblərlə paylaşmaqdan ibarət idi.
Liseyin nüfuzlu müsabiqələrdən biri olan "Sabahın alimləri" müsabiqəsində qazandığı təcrübələr, eyni zamanda yerli və xarici olimpiadalarda, layihə yarışlarında əldə etdiyi uğurlar, mütaliənin inkişafı və təbliği üçün keçirilən "Ən yaxşı oxucu mənəm" müsabiqəsi və s. məsələlər də direktorların diqqətinə çatdırıldı.
Bu görüş bir daha sübut etdi ki, elm və təcrübə paylaşıldıqca artan xəzinədir. Milli təhsilin daha yüksək səviyyədə inkişafı üçün xarici təcrübələrlə yanaşı yerli müəssisələrin təcrübəsindən də faydalanaraq yalnız irəliyə doğru addımlamaq hər ziyalının mənəvi borcudur.