Nə? Harada? Necə? 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda Rusiyada MDB məkanında məşhur olan intellektual oyundur. Komandaların onlara verilmiş suala qısa vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır.
Akademik Zərifə Əliyeva adına liseydə liseyin fizika müəllimi Həmidov Sadiqin rəhbərliyi altında NHN intellektual oyunu keçirildi. Oyunda həm Azərbaycan, həm də rus bölmələri öz komandaları ilə təmsil olunurdu. Rus bölməsində birinciliyi 10r1, Azərbaycan bölməsində isə 10a3 və 11a1 əldə edib.
Oyun qalib komandaların mükafatlandırılması ilə yekunlaşıb.
https://www.facebook.com/media/set/?set=a.1033480340002147.1073741838.114360435247480&type=1
https://www.facebook.com/media/set/?set=a.1023467234336791.1073741831.114360435247480&type=1