Nümunəvi dərs İngilis dili fənindən

21 Noyabr 2013

Liseyın ingilis dili müəllimi Quliyeva Ruhəngiz xanım 21/11/2013 -cü il tarixində 9a3 sinfində nümünəvi dərs vermışdir. Dərs kurikulumun tələblərinə uygün olaraq şagirdlərin  bacarıq və vərdişlərinin formalaşmasına yönələn metodlarla aparıldı.
"Anniversary" mövzusunda aparılan dərsdə şagirdlər müxtəlif istiqamətdə tədqiqata cəlb edildilər. Dərsin qısa məzmunu:
Dərsin
məqsədi: Dinlədiyi  mətnin  məzmununu  anlayır.

Müzakirələrdə  mövzu  ilə  öz  fikilərini  bildirir.

Mətndəki  hadisələrə  münasibət bildirir.

Sözləri  qrammatik  xüsusiyyətlərinə  görə  şərh  edir.

 

İnteqrasiya:Mədəniyyət,incəsənət,insan və cəmiyyət.

Təlimin formalar:qruplarla iş,kollektivlə iş.

Təlim üsulu:anlayışın çıxarılması,müzakirə.

Resuslar:müasir  texnologiyalar vasitəsi.

 

Təməl sual: Bu məqamda nə ola bilər ki cinayət yaransın.

 

Məzmun: Alice və Henry-nin toylarının  onuncu ildönümü  idi. Axşam qonaqlar dəvət olunmuşdu. Alice “sevimli”həyat yoldaşını gözləyirdi.Nəhayət ki Henry gəlir,amma heç də xoş xəbərlərlə deyil.O başqasını sevdiyini Alice etiraf edir.Qəzəblənən Alice sevimli həyat yoldaşını buzdan hazırlanmış heykəl ilə başından vurur.Faciə baş verir.

Nəticədə Henry ölür .

Nəticə.Hər boşanma belə faciə ilə bitsəydi,onda nə olardı?!