Liseyin biologiya müəllimi Aynur Əlizadə, tibb təmayüllü sinifdə təhsil alan şagirdlərin iştirakı ilə N.Nərimanovun 150 illik yubileyi ilə əlaqədar “Xalqın sağamlığının keşiyində durmuş fədakar həkim” mövzusunda onlayn konfrans keçirmişdir.
Aynur Əlizadə qeyd etmişdir ki, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanovun zəngin irsi, xüsusilə bədii yaradıcılığı geniş oxucu kütləsinə tanışdır. Lakin onun bir sıra elmi-publisistik kitabların, o cümlədən Azərbaycanda tibb elminin təməlini qoymağa kömək edən elmi əsərlərin müəllifi olması çoxlarına məlum deyil .
Dərsdə müəllim, yazıçı-tərcüməçi, publisist-tənqidçi, diplomat, ictimai-siyasi xadim olaraq tanınan N.Nərimanovun fədakar həkim kimi də xalqının sağlamlığı keşiyində durmasından, sanitariya tədbirlərinin həyata keçirməsindən, tibbi mövzuda mühazirələrin oxunmasına böyük önəm verməsindən danışılmışdır.
N.Nərimanovun tibbə dair ilk əsəri olan “Tibb və İslam” əsəri haqqında şagirdlərə məlumat vermişdir.