İnsanları, xüsusilə gəncləri sağalmaz xəstəliklərə düçar edib onların ömrünü qaraldan “ağ ölüm”dən qurtulmaq məqsədilə respublikamızda müxtəlif maarifləndirici layihələr həyata keçirilir. Belə tədbirlərin görülməsi artıq ölkəmizdə ənənəyə çevrilib.
Bu məqsədlə liseyin biologiya müəllimi Aynur Əlizadə “Narkomaniya puç olmuş arzular, məhv olmuş həyat deməkdir” adlı tədbir keçirmişdir. Tədbirdə millətin sağlam həyat tərzi üçün təhlükənin yaranması narkotik maddələrin qəbulu və narkomaniyanın yayılmasdan danışılmışdır.
Şagirdlərin hazırladıqları təqdimatlar dinlənilmişdir. Təqdimatlarda qeyd edilmişdir ki, narkotik maddələrin qəbul edilməsi insanın fiziki və psixoloji cəhətdən məhv olmasına, narkomaniya yaddaş və təfəkkürü pozulmasına, həyata qarşı laqeydliyin yaranmasına, orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır.