Müəllim doğan günəşə bənzəyər. Ətrafını aydınladaraq qaranlıqlara meydan oxuyar. Müəllim "Sevgi elçisidir". Sinifdə yaşama sevinci, cəmiyyətdə rahatlıq, ölkədə sülh, həmkarları arasında demokratiyanın rəmzidir. Gələcək nəsillərimiz adına ümid bağladığımız həqiqi gücdür. Müəllim vücuddakı və ruhdakı gözəlliyi, mükəmməlliyi son mərtəbəsinə qədər inkişaf etdirən deməkdir.
Bu gün Akademik Zərifə Əliyeva adına liseyin fədakar , gözəl, səmimi, fikirləri ilə insan ruhuna oxşayan müəllimlərindən biri - Aygün xanım Əzizovanın doğum günüdür. Aygün xanım həm öz fədakarlığı, həm də mürəkkəbliklər içərisində öz sadəliyi ilə seçilən ziyalılarımızdandır. Belə bir deyim var: "Başqaları üçün özünü unutsan, daim xatırlanacaqsan". Bunun nəticəsidir ki, bu yaxınlarda Aygün xanım Cənab prezidentimiz İlham Əliyev tərəfindən "Əməkdar müəllim" fəxri adına layiq görüldü.
Kollektivimiz adından Aygün xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun, xeyirli və mənalı ömür, işlərində müvəffəqiyyət arzulayırıq.