27 may 2011-ci il tarixində məktəbimizdə Respublikamızın Müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə 10-cu sinif şagirdləri tərəfindən “Səninlə fəxr edirəm, Azərbaycanım!” adlı maraqlı ədəbi-bədii kompozisiya təqdim olundu. Bununla yanaşı, tədris ili ərzində seçilən müəllimlərə və şagirdlərə diplom, təşəkkürnamə, tərifnamə verildi. Məktəbin fəal valideynlərinə təşəkkür elan edildi.
İlin nəticələrinə görə 9-cu siniflər arasında 9a1 sinfinin rəhbəri Şahin Şahbazov, 10-cu siniflər arasında 10r1 və 10r2 sinfinin rəhbəri Tamara Əliyeva, 11-ci siniflər arasında 11a4 sinfinin rəhbəri Tahir Namazov “İlin sinif rəhbəri”, 11a4 sinfi “İlin sinfi”, həmin sinfin şagirdi Mətanət Məmmədli “İlin şagirdi” adına layiq görülərək diplomla təltif olundular.
Kollektivimiz adından qalibləri ürəkdən təbrik edir və yeni nailiyyətlər arzulayırıq.