MÜSTƏQİL AZƏRBAYCAN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZƏMƏTLİ ABİDƏSİDİR

09 May 2021

   Müstəqil Azərbaycan dövlətinin qurucusu və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar  07.05.2021- ci il tarixində liseyin 9r2 sinfində tarix müəllimi Rüfət Rizayev “Müstəqil Azəarbaycan Ulu öndər Heydər Əlievin əzəmətli abidəsidir” mövzusunda onlayn konfrans formatlı dərs keçirmişdir.       

     Dərsdə şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirilmiş, çıxışları dinlənilmişdir. Müstəqil Azərbaycanın  bir çox ağır sınaqlardan keçərək bu günə gəlib çatmasında, torpaqlarımızın düşmən işğalından azad  olunmasında Ulu öndərin uzaqgörən siyasətinin əvəzsiz rolu qeyd edilmişdir.