2-3 noyabr 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseydə yeni bir layiheye start verildi. İlk dəfə olaraq “Multikulturalizm” mövzusunda hazırlanmış bu layihədə Rusiya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları, Misir, Yaponiya, İngiltərə, Türkiyə kimi ölkələrin coğrafiyası, tarixi, ədəbiyyatı, mədəniyyəti, elmi nailiyyətləri, görkəmli nümayəndələri haqqında dərin elmi araşdırılma aparılması məhz liseyin 9-cu sini şagirdlərinə həvalə edildi. 2-3 noyabr tarixlərində adı çəkilən ölkələrin cografiyası ilə bağlı bir-birindən maraqlı araşdırmalar münsiflər heyəti tərəfindən qiymətləndirildi. Təqdimatlar bir daha sübut etdi ki, Francis Baconun “Təbiət boşluqdan nifrət edər” kəlamı əbədiyaşardır.Son olaraq qeyd etmək istərdik ki, ilk mərhələnin nəticələrinin yaxın günlərdə açıqlanacağı gözlənilir.