5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərimiz təltif olunublar.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif olunub.
Liseyimizin ingilis dili müəllimi Tamara Əliyeva və fiziki tərbiyə müəllimi Hüseyn Hüseynov "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi “ döş nişanı ilə təltif olunublar.
Müəllimlərimizi ürəkdən təbrik edir, onlara hər zaman bol-bol uğurlar arzulayırıq!