Müəllimlərimiz Fəxri fərmanla təltif olunublar

06 Oktyabr 2025

Azərbaycan Təhsil İşciləri Azad Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə liseyimizin müəllimlərindən Qılman Eyvazov, Hədiyyə Qənbərova, Aynur Laçınova və Aynur Əlizadə Fəxri fərmanla təltif olunublar.

Müəllimlərimizi bir daha ürəkdən təbrik edirik, hər zaman yüksək nailiyyətlər arzulayırıq.