Liseydə müəllim kollektivi arasında keçirilmiş onlayn toplantıda sinif rəhbərləri və müəllimlər tərəfindən müəyyənləşdirilmiş risk qrupuna daxil olan şagird siyahısı və onlar barədə obyektiv məlumatlar nəzərdən keçirilmişdir. Bu şagirdlər haqqında həyata keçiriləcək işlərin tədbirlər planı müzakirə edilmişdir. Toplantıda fəaliyyət planına əsasən risk qrupuna daxil olan təhsilalanlarla və onların valideyinləri (qəyyumları) ilə ayrı-ayrılıqda anonim söhbət aparılmasını təmin etmək məsələsinin üsulları müzakirəsi edilmiş və bu söhbətlərin arapılması liseyin psixoloqu R. Kərimovaya həvalə edimişdir.