24 mart tarixində AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi ilə əlaqədar olaraq 9-10-cu sinif şagirdləri arasında “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin I mərhələsi keçirilib. Respublika üzrə 65 şagird müsabiqədə iştirak ediblər.
Müsabiqədə Akademik Zərifə Əliyeva adına liseyin IX və X sinif şagirdləri iştirak etmişdir. IX sinif şagirdlərindən Həsənov Murad Xətai oğlu, Hüseynli Leyla Ceyhun qızı, Əlişzadə İlkin Zülfüqar oğlu, Əmirova Şəbnəm Zöhrab qızı, Fərzəlizadə Şamil Əlifağa oğlu, Tarverdiyev Ələsgər Yalçın oğlu, Cəfərov Aytac Faiq qızı, Haciyeva Nuray Abbas qızı, X sinif şagirdlərindən Abusəmədov Rəvan Nəcməddin oğlu, Alıyeva Ləman Nazir qızı, Bəkirli İlahə İlham qızı, Haciyeva Məryəm Etibar qızı, Məmmədova Aybəniz Elşad qızı, Fətəliyeva Ayan Vüqar qızı, Babayeva Aydan Kamal qızı müsabiqənin II mərhələsini keçmişdirlər.
Qeyd edək ki, müsabiqənin II mərhələsi may, III mərhələsi isə sentyabr ayında keçiriləcək.