Sentyabrın 9-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un imzalanmasına həsr olunan Diplomatik konfrans çərçivəsində “İnsan həyatının və sağlamlığının qorunması sahəsində” ixtiraçılıq üzrə Avrasiya Mükafatının və “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
“Gələcəyə baxış” Avrasiya Patent Universiadasının nəticələrinə görə isə birinci yaş kateqoriyası (10 yaşdan - 17 yaş daxil olmaqla) üzrə Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyevin təqdim etdiyi “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsi birinci yerə layiq görülmüşdür. Universiadanın mükafatı tədbirdə iştirak edən C.Əlizadəyə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov tərəfindən təqdim olunmuşdur.
Sentyabrın 16-da Moskva şəhərində Avrasiya Patent İdarəsinin prezidenti xanım Saule Tlevlessova tərəfindən "Gələcəyə baxış" Avrasiya Patent Universiadasının qalibi seçilmiş ölkəmizin nümayəndəsi Ələsgər Tarverdiyevə bilik yarışmasının mükafatı - "Gələcəyə baxış" medalı təqdim edilmişdir