26.02.2018-ci il tarixdə “Vətənə çağırış” intellektual yarışmasının final mərhələsi keçirildi.
“AS Qrup İnvestment” şirkətinin sponsorluğu ilə Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasında təşkil edilmiş “Xocalıya ədalət” devizi altında keçirilən intellektual yarışmada Akademik Zərifə Əliyeva adına lisey, 6 saylı məktəb, BDU-nin nəzdində Gənc İstedadlar texniki-humanitar liseyi iştirak edirdi. Yarışda Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi Aytən Tahirlinin rəhbərliyi ilə “Cümhuriyyət” komandası qalib gələrək I yerə çıxdı.
Qaliblərimizi təbrik edirik!