Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 5 oktyabr Beynəlxalq Müəllim Günü ərəfəsində təhsil işçilərinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Belə ki, sərəncamlara əsasən, ümumilikdə 126 nəfər təhsil işçisi təltif olunub.
Dövlət başçısının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncamına uyğun olaraq, 64 nəfər bu medala layiq görülüb. Sevindirici haldır ki, liseyimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəlilova Rəna Həsənbala qızı "Tərəqqi" medalı alanların sırasındadır.
“Tərəqqi” medalına layiq görülməsi münasibətilə Rəna xanımı təbrik edir, gələcək fəaliyyətində yeni nailiyyətlər qazanmasını, daha da böyük uğurlara imza atmasını arzulayırıq.