Liseyimizin 2023-cü il məzunu Ayan Cəfərova FLEX proqramının finalçısı kimi artıq Amerikadadır!
Ayanın fikirlərini paylaşırıq:
Mən uşaq vaxtı "FLEX" proqramı ilə tanış olmuşam və maraqlanaraq sənədlərimi təqdim edə biləcəyim anı səbirsizliklə gözləyirdim. Qısaca desək, proqram 3 mərhələdən ibarətdir, burada bir neçə esse yazmaq, dil biliyi imtahanından keçmək və müsahibədən keçmək lazımdır. "FLEX" proqramının finalçısı kimi mən Amerikada bir il təhsil alaraq ev sahibi ailə ilə yaşayacağam və bununla da özümü ölkənin mədəniyyətinə qərq edəcəm.
FLEX proqramının finalçısı kimi mən yerli Amerika ailəsində yaşayaraq təhsil alacam və ölkəmizin mədəniyyətini burada da təbliğ edəcəm.
Ayanı bir daha təbrik edir, ona bol-bol uğurlar arzulayırıq.