Liseyin 2014-cü il məzunu, hazırda beynəlxalq kouç, şüuraltı ilə iş üzrə ekspert və şəxsi inkişaf üzrə konsultant kimi fəaliyyət göstərən İlahə Bağırova 11-ci sinif şagirdləri ilə görüş keçirmişdir.
Görüş zamanı İ. Bağırova şagirdlərə qəbul imtahanı zamanı stresin idarə edilməsi, zehni qarışıqlığı bərpa etmək və aydınlaşdırmaq, konsentrasiyanı artırmaq və fokusu gücləndirmək, effektiv təkrar kimi mövzularda faydalı məlumatlar vermişdir. İnteraktiv təlim zamanı şagirdlərə maraqlı olan suallar cavablandırılmışdır.
Qeyd edək ki, İ.Bağırova liseydən məzun olduqdan sonra ADA Universitetinin "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə bakalavr təhsili almış, daha sonra həmin universitetin "Diplomatiya və beynəlxalq münasibətlər" ixtisası üzrə təhsilini magistr səviyyəsində davam etdirmişdir. Daha sonra isə "Boğaziçi" Universitetində "Koqnitiv Davranış Terapiyası" proqramı üzrə təhsil almış və bu sahə üzrə bir sıra beynəlxalq sertifikatlar əldə etmişdir.