Yeni bir səyahət, yeni bir kəşf. Akademik Zərifə Əliyeva adına liseyin 9a4+ sinif şagirdləri bu dəfə də təbiət qoynuna üz tutdu. Zirə qəsəbəsində yerləşən Zirə Mədəniyyət Mərkəzi - Eko Parkı şagirdlərimiz üçün inanılmaz əyləncə və kəşflər məkanı oldu. Mədəniyyət mərkəzinin muzeyində şagirdlər mərkəzin məqsədi və tarixi haqqında məruzə dinlədikdən sonra bələdçilərin müşayiətilə muzeylə ətraflı tanış oldular. Gülçülük mərkəzində 100-dən çox gül və bitki növləri ilə tanış olan şagirdlər həm estetik zövqlərini oxşamaq , həm də botanika ilə bağlı biliklərini yeniləmək şansı qazandılar. Ən yaddaqalan hissə şagirdlərin öz əlləri ilə gül əkib gündəlik həyatın stresindən az da olsa uzaqlaşıb mənəvi rahatlığa qovuşdular. Və sonda parkın əyləncə hissəsində kiçik yaşlı uşaqlar kimi doyunca əylənən şagirdlərimiz uzun zaman unutmayacaqları bir gün yaşadılar.