18.10.2015-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin qonaqları Koreya Respublikasından Myounglang Kim (Sungshin Womans University), Jongwon Jung (Ulsan University), Jooho Park (Hanyang University) və ADA Universitetindən Rəşad Əliyev oldular. Koreya dövləti tərəfindən liseyə hədiyyə olunmuş İKT otağına baxış keçirdikdən sonra qonaqlar müəllim-şagird heyəti ilə tanış oldular və onların bir qismi ilə qısa sorğu keçirdilər. Daha sonra innovativ ve inteqrativ açıq dərslərdə iştirak edən qonaqlar bu cür maraqlı və yüksək səviyyəli şəkildə keçirilən dərslər üçün məktəb rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.