Müsabiqədə informasiya kommunikasiya texnologiyaları yüksək inkişaf edən Yaponiya, Çin, Koreya, Malayziya kimi qabaqcıl ölkələr sırasında çıxış etmək bizim heyyət üçün məsuliyyətli və eyni zamanda çox şərəfli iş idi. Azərbaycan Respublikasını 10-cu sinif şagirdləri İbrahim Məmmədov, Elgün Cəbrayılzadə və müəllim Rüfət Rizayev təmsil edirdilər. Müsabiqə iştırakçıları 3 gün ərzində komandalar şəklində smartfonlar vasitəsi ilə idarə olunan elektron tədris resurslarını hazırlamaq tapşırığını almışdırlar. İlk gündən şagirdlərimiz informatika sahəsində yüksək bilik və bacarıqlar nümayiş etdirərək müsabiqəyə cox böyük maraqla qatıldılar. Yekunda dünyanın müxtəlif ölkələrinin informatika sahəsində mütəxəssislərindən ibarət münsiflər heyyəti qarşısında təqdimatla çıxış edən şagirdlərimiz “Ən yaxşı komanda işi” nominasiyasında birinci yerə layiq görülmüşdürlər.
Koreya səfəri
19 Sentyabr 2014
Sentyabr ayının 13- dən17- nə qədər Koreya Respublikasının Təhsil Nazirliyinin dəvəti ilə Akademik Zərifə Əliyeva adına liseyin 2 şagird və bir müəllimindən ibarət Azərbaycan nümayəndə heyyəti Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən 4 cü Dünya elektron təhsil (e-icon) müsabiqəsində iştirak etmişdirlər.Əsas məqsədi beynəlxalq əməkdaşlığa əsaslanan elektron təhsil sahəsində yeni nəsil liderlərini inkişaf etdirmək, qlobal elektron təlim materiallarının hazırlanmaq və qlobal elektron təlim məzmununu inkişaf etdirmək olan bu müsabiqədə dünyanın müxtəlif ölkələrindən olan 54 orta məktəb şagirdi iştirak edirdilər.